Ukrayna və daha 7 ölkə dərmansız qala bilər
ABŞ-nin xarici yardımı dayandırmaq qərarı bir sıra ölkələrdə İnsan İmmunçatışmazlığı Virusuna (HİV) qarşı dərman tədarükünün əhəmiyyətli şəkildə pozulmasına səbəb olub.
TodayPress xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Haiti, Keniya, Lesoto, Cənubi Sudan, Burkina Faso, Mali, Nigeriya və Ukraynada HİV dərmanları yaxın aylarda tükənə bilər.
ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus mətbuat konfransında deyib ki, HİV-ə qarşı reaksiyanın pozulması 20 illik tərəqqini silə bilər.
Onun sözlərinə görə, bu, 10 milyondan çox əlavə HİV infeksiyasına və üç milyon HİV-lə bağlı ölümə səbəb ola bilər.
Qebreyesus hesab edir ki, ölkələrə birbaşa maliyyənin kəsiləcəyi təqdirdə, bu, onlara alternativ maliyyə mənbələri tapmağa imkan verən nizamlı və humanist şəkildə həyata keçirilməsini təmin etmək üçün Birləşmiş Ştatlar məsuliyyət daşıyır.
Töhfə Səməd
tag: Ukrayna,ÜST,Dərman,HİV,Todaypress.az,