Ukrayna və Macarıstan XİN başçıları görüşdü
Ukrayna xarici işlər naziri Andrey Sibiqa Macarıstanın xarici işlər naziri Peter Siyarto ilə NATO-nun baş qərargahında görüş keçirib.
TodayPress xəbər verir ki, bu barədə Peter Siyarto bildirib.
Onun sözlərinə görə, Macarıstan hələ də Zakarpattia bölgəsinin maraqlarını müdafiə etməyə davam edir və bu prinsipi həm indi, həm də gələcəkdə qorumağa qərarlıdır.
Sibiqa qeyd edib ki, iki ölkə arasında mövcud olan problemlərin həlli üçün yollar axtarılır.
O, əlavə edib ki, ölkə rəhbərləri gələn həftə müvafiq məsələlərlə bağlı ikili konsultasiyalar aparmağı qərara alıblar.
Türkan İsgəndərli
tag: Ukrayna,Macarıstan,Peter Siyarto,Andriy Sibiqa,Todaypress.az,