Ukrayna Xersonda günəş elektrik stansiyalarını atəşə tutdu

Dünya

29.03.2025 13:57

1078

Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində günəş elektrik stansiyalarına hücum edib.   

TodayPress xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vladimir Saldo məlumat verib.

"Ukrayna Silahlı Qüvvələri Xerson vilayətindəki günəş elektrik stansiyalarını minaatanlardan atəşə tutub. Bu atəşlərin heç bir hərbi əhəmiyyəti yoxdur və regionun enerji balansına ciddi təsir göstərə bilməz. Amma onlar enerji sektorunun moratoriumuna hücumla bağlı razılaşmaları açıq-aşkar pozurlar" deyə o, "Telegram"da yazıb. 

Töhfə Səməd

tag: Rusiya,Ukrayna,Günəş,Elektrik,Stansiya,Zərbə,Todaypress.az,