Ukrayna XİN liderləri Moskvada keçirilən paradda iştirak edən ölkələrə etiraz etdi
Ukrayna Xarici İşlər Nazirliyi Moskvada keçirilən Qələbə Paradında liderləri iştirak edən ölkələrə etirazını bildirib.
TodayPress xəbər verir ki, bu barədə idarənin saytında yerləşdirilən məlumatda deyilir.
Moskvada keçirilən paradda yüksək vəzifəli şəxsləri iştirak edən dövlətlərin diplomatik nümayəndəliklərinin akkreditə olunmuş rəhbərləri Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb.
"80 il əvvəl nasizm üzərində qələbəyə anti-Hitler koalisiyasının digər xalqları və keçmiş SSRİ xalqları ilə birlikdə Ukrayna xalqının mühüm töhfəsi qeyd edilib. Ukrayna Rusiyanın keçmişin xatirəsini oğurlamasına, kollektiv qələbəni mənimsəməsinə və ya Ukrayna xalqının buradakı rolunu azaltmasına imkan verməyəcək" bəyanatda deyilir.
tag: Ukrayna,XİN,Moskva,Parad,Etiraz,Todaypress.az,