Ukraynada 18-24 yaşlı gənclər orduya çağırılacaq
Ukrayna Müdafiə Nazirliyi 18-24 yaş arası kişilərin müqavilə ilə xidmətə qəbuluna başladığını elan edib.
TodayPress xəbər verir ki, bu barədə Ukrayna MN məlumat yayıb.
Bildirilib ki, 18-24 yaş arasında olan gənclərin ordu ilə bağlayacağı bir illik müqaviləyə görə 1 milyon qrivna (təxminən 41 min manat) ödəniləcək: məbləğin bir hissəsi dərhal, qalan hissəsi isə iki yerə bölünərək təqdim ediləcək.
Bundan başqa, xidmət müddətində müqaviləli əsgərə hər ay 120 min qrivna (4900 manat) aylıq maaş, sıfır faizlə ipoteka krediti, dövlət hesabına təhsil, pulsuz tibbi xidmət və bir illik xidmətdən sonra xaricə getmək hüququ vəd edilir.
Qeyd edək ki, ABŞ-nin keçmiş administrasiyası xidmət yaşının aşağı salınması ilə bağlı dəfələrlə Ukrayna hakimiyyətinə çağırış etsə də, Ukrayna prezidenti Volodimir Zelenski bundan imtina etmişdi.
Xatırladaq ki, Ukraynada hərbi xidmətə çağırış 25 yaşdan başlayır.
Nicat Osman
tag: Ukrayna,Ordu,Qrivna,ABŞ,Zelenski,Müqavilə,