Ukraynada atəşkəs peyk vasitəsilə izlənilə bilər

Dünya

12.03.2025 18:38

1643

"Ukraynada mümkün atəşkəsə peyklərin köməyi ilə nəzarət etmək olar". 

TodayPress xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio deyib. 

"Müasir müharibə ilə bağlı maraqlı cəhət ondan ibarətdir ki, onu izləmək həmişəkindən daha asandır. Dron, Raket, ballistik, artilleriya zərbələrini peyklə izləmək olar" dövlət katibi əlavə edib.   

Qeyd edək ki, martın 11-də ABŞ və Ukrayna rəsmiləri münaqişənin dayandırılması barədə müzakirələr aparıblar. 

Türkan İsgəndərli

tag: Marko Rubio,ABŞ,Dövlət Katibi,Ukrayna,Todaypress.az,