Ukraynada benzinə spirt qatılacaq

Dünya

01.05.2025 13:40

8

Mayın 1-dən etibarən Ukraynada yanacaqdoldurma məntəqələrində satılan benzinin tərkibinə ən azı 5% bioetanol əlavə olunacaq.

TodayPress xəbər verir ki, bu qərar Kiyevin Avropa İttifaqı standartlarına uyğunlaşmaq öhdəlikləri çərçivəsində qəbul edilib. 

Qaydaya əməl etməyənlərə 1 000 litr yanacaq üçün 21 196 qriven (təxminən 510 dollar) məbləğində cərimə tətbiq olunacaq.

Ukraynalı ekspertlərin fikrincə, yanacaq yerli neft bazalarında deyil, əsasən Avropadan gətirilərək qarışdırılacaq. Səbəb kimi isə daxili infrastrukturun hücum riski altında olması göstərilir.

“A-95” konsaltinq qrupunun direktoru Artem Kuyun bildirib ki, qarışdırılmış yanacağın 90%-i xaricdən idxal olunacaq.

Qiymət Mahir

tag: Ukrayna,Kiyev,Avropa İttifaqı,Benzin,todaypress.az,