Ukraynada casus şəbəkəsi ifşa edildi
Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Macarıstan hərbi kəşfiyyatına casusluqda şübhəli bilinən iki nəfəri saxlayıb.
TodayPress xəbər verir ki, bu barədə UTX məlumat yayıb.
Məlumata görə, Ukraynanın müdafiə qabiliyyəti ilə bağlı həssas kəşfiyyat məlumatlarını toplamaq məqsədilə Macarıstan dövlətinin nəzarəti altında fəaliyyət göstərən casus şəbəkəsi ifşa olunub.
Saxlanılan şəxslər Ukrayna Silahlı Qüvvələrinin keçmiş hərbçiləridir.
Onların Macarıstan hərbi kəşfiyyat xidmətinin nümayəndəsi tərəfindən ələ alındığı, gizli əlaqə üçün xüsusi texniki avadanlıqlar və maliyyə vəsaiti ilə təmin olunduğu bildirilib.
Şübhəlilərə Ukraynanın hava hücumundan müdafiə sistemləri ilə bağlı ətraflı məlumatları toplayaraq xarici tərəfə ötürmək tapşırılıb.
Qeyd olunur ki, bu, Ukrayna tarixində Macarıstanın casus şəbəkəsinin ölkənin milli maraqlarına zidd fəaliyyət göstərdiyinə görə rəsmi şəkildə ifşa olunduğu ilk haldır.
Hazırda faktla bağlı istintaq tədbirləri davam etdirilir.
tag: Ukrayna,Casus,Şəbəkə,İfşa,Todaypress.az,