Ukraynada hərbi vəziyyət və səfərbərlik yenidən uzadılacaq
Ukrayna hakimiyyəti yaxın günlərdə ölkədə hərbi vəziyyətin və səfərbərliyin müddətinin uzadılması ilə bağlı qərar verəcək.
TodayPress xəbər verir ki, bu barədə “Strana” nəşri Ali Radanın deputatı Yaroslav Jeleznyaka istinadən məlumat yayıb.
Hazırda Ukraynada hərbi vəziyyət 9 may 2025-ci ilə qədər qüvvədədir. Lakin deputat Jeleznyak bildirib ki, parlament üzvləri bu müddətin yenidən uzadılmasını zəruri hesab edirlər.
Qərarın 16-18 aprel tarixlərində qəbul olunacağı gözlənilir.
“Strana” qeyd edir ki, hərbi vəziyyətin ləğvi ölkədə prezident seçkilərinin elan olunması üçün hüquqi zəmin yaradır.
Töhfə Səməd
tag: Ukrayna,Səfərbərlik,Hərbi Vəziyyət,Münaqişə,Todaypress.az,