Ukraynada ingilis dilində danışmaq məcburi olacaq
Ukrayna hökuməti səlis ingilis dilində danışa bilən hərbi qulluqçulara 10 % bonus verilməsi ilə bağlı qərar verib.
TodayPress xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Ali Radadakı nümayəndəsi Taras Melnıçuk deyib.
Bonusun müəyyən edilməsi üçün təsdiq edilən prosedur dörd il müddətində qüvvədə olacaq. Hökumət həmçinin qurumlarda ingilis dilini mükəmməl bilməli olan vəzifələrin siyahısını da müəyyən edib.
O, Ukraynada hərbi vəziyyətin başa çatmasından və ya ləğvindən 4 il sonra qüvvəyə minəcək. Həmin şəxslərin ingilis dilində danışması zəruridir.
Qeyd edək ki, 2024-cü ilin iyununda Ukrayna prezidenti Volodimir Zelenski ingilis dilinin beynəlxalq ünsiyyət dili statusu haqqında qanunu imzalayıb.
Türkan İsgəndərli
tag: Ukrayna,İngilis Dili,Zelenski,Tədris,Todaypress.az,