Ukraynada müharibənin 1132-ci günü...
Rusiya tərəfi Ukrayna ordusunun Rusiya-Ukrayna müharibəsinin 1132-ci günündə Ukraynanın müharibə itkiləri haqqında məlumatı yeniləyib.
TodayPress xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi deyib.
Bildirilib ki, Ukraynada müharibə başladığı gündən indiyə qədər Kiyevin 660 təyyarəsi, 283 helikopteri, 49 247 PUA-sı, 601 zenit-raket kompleksi, 22 622 tank və digər zirehli texnikası, 1 533 reaktiv yaylım atəş sistemi, 23 152 artilleriya və minaatanı, 33 572 xüsusi hərbi avtomobil texnikası sıradan çıxarılıb.
Ukrayna Baş Qərargahın məlumatına görə isə, rusların ümumi döyüş itkiləri təxminən belə olub:
“916 770 nəfər döyüşçü; 21 856 ədəd zirehli döyüş maşınları; 25 552 ədəd artilleriya sistemləri; MLRS – 1347 ədəd; hava hücumundan müdafiə sistemləri - 1123 ədəd; təyyarə - 370 ədəd; helikopterlər - 335 ədəd; Əməliyyat-taktiki səviyyəli PUA-lar - 31 462 ədəd; qanadlı raketlər - 3123 ədəd; gəmilər/qayıqlar - 28 ədəd; sualtı qayıqlar - 1 ədəd; avtomobil avadanlığı və yük maşınları - 42646 ədəd; xüsusi texnika - 3787 ədəd”.
Nicat Osman
tag: Ukrayna,Rusiya,Münaqişə,Savaş,İtkilər,Todaypress.az,