Ukraynada müharibənin bitəcəyi tarix açıqlandı
Ukraynada
müharibə aprelin 20-də başa çatacaq.
TodayPress xəbər verir ki, bu barədə "Daily Mail" məlumat
yayıb.
Qeyd edilib ki,
ABŞ prezidenti Donald Tramp administrasiyasının Ukraynadakı münaqişənin sülh
yolu ilə nizamlanması planı xarici mətbuata sızıb. Bildirilir ki, Trampın planı
aprelin 20-də Moskva ilə Kiyev arasında atəşkəs əldə etməyi nəzərdə tutur.
Məlumata görə,
Tramp Zelenskini Rusiya ilə danışıqlar aparmağa və aprelin 20-də Pasxa bayramı
zamanı atəşkəs sazişi bağlamağa inandırmaq niyyətindədir. Yekun sülh sazişi isə
bir az gec, simvolik olaraq - 2025-ci il mayın 9-dək imzalanacaq.
tag: Ukrayna, Rusiya, Tramp, Müharibə, ABŞ, todaypress.az,