Ukraynada qaz hasilatına ağır zərbə

Dünya

29.04.2025 17:30

10

Ukraynanın Baş naziri Denis Şmıqal Rusiyanın son hücumları nəticəsində ölkənin qaz hasilatının təxminən 50%-ni itirdiyini bildirib. 

TodayPress xəbər verir ki, bu barədə o "Strana" nəşrinə açıqlamasında deyib. 

“Bu qış qaz hasilatı infrastrukturumuza bir sıra kütləvi zərbələr endirilib. Ümumi hasilatın yarısına yaxın hissəsi sıradan çıxıb. Buna baxmayaraq, sektor dözümlülük göstərərək istehlakçılara fasiləsiz mavi yanacaq çatdırmağa davam edir” deyə Baş nazir vurğulayıb. 

Xatırladaq ki, fevral ayında “Naftoqaz” şirkətinin rəhbəri Roman Çumak da qaz hasilatı obyektlərinə dəyən ziyanın ölkədə enerji balansına təsir etdiyini bildirmişdi. Onun sözlərinə görə, hazırda Ukrayna qaz idxalına möhtacdır və bu idxal qaz nəqli sisteminin sabitliyini təmin etmək üçün həyati əhəmiyyət daşıyır. 

Aysel Mətləb

tag: Ukrayna,Baş nazir,Denis Şmıqal ,Rusiya,Qaz,Neft,todaypress.az,