Ukraynada tibbi batalyon bazası məhv edildi
"Rusiyanın Pavloqrad şəhərinə zərbə endirilən zaman Ukraynanın "Hospitallers" tibb batalyonunun bazası məhv edilib".
TodayPress xəbər verir ki, bu barədə batalyonun təsisçisi Yana Zinkeviç "Facebook" sosial şəbəkəsində məlumat verib.
"Onlar bizim batalyonun bazasını içindəki bütün əmlak və texnika ilə dağıdıblar. Onlar minlərlə insanın on illik əməyini məhv ediblər" deyə o yazıb.
Töhfə Səməd
tag: Rusiya,Pavloqrad,Ukrayna,Hospitallers,todaypress.az,