Ukraynada Trampa məxsus platforma bloklandı
ABŞ Prezidenti Donald Trampa məxsus olan "Truth
Social" platforması Ukraynada bloklanıb.
TodayPress bu barədə “tsargrad.tv” yə istinadla xəbər yayıb.
Bildirilir ki, bu gündən
etibarən Ukraynada sözügedən platformaya qoşulmaq qeyri-mümkün olub.
Qeyd edilib ki, bu, Trampın, həm
də onun administrasiyasının bir çox yüksəkvəzifəli üzvlərinin - Marko Rubio,
İlon Mask və başqalarının Volodimir Zelenskiyə qarşı tənqid atəşinə
reaksiyadır.
Xatırladaq ki, jurnalist Taker
Karlson və DOGE rəhbəri İlon Mask Ukraynada söz azadlığının olmaması, faktiki
olaraq bütün televiziya kanallarının bağlanması və istənilən müxalifət
mətbuatının məhv edilməsinə görə Zelenskini açıq şəkildə tənqid ediblər.
tag: ABŞ, Tramp, Ukrayna, Zelenski, DOGE, todaypress.az,