Ukraynadakı hərbi komissarlıqda qadın özünü partlatdı

Dünya

15.02.2025 16:52

2371

Partlayış Ukraynanın cənubundakı Nikolayev şəhərində yerləşən hərbi komissarlıqda baş verib.

TodayPress xəbər verir ki, bu barədə “Strana” məlumat yayıb.

Bildirilib ki, çantasında partlayıcı qurğu olduğu ehtimal olunan bir qadın komissarlığın bir qrup əməkdaşına yaxınlaşıb, bundan sonra partlayış baş verib.

Hadisə nəticəsində partlayışı törədən qadın və səfərbərlik xidmətinin bir əməkdaşı ölüb. Daha 6 nəfər isə yaralanıb. Onlardan bəzilərinin vəziyyəti ağırdır.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Nicat Osman

tag: Partlayış,Ukrayna,Nikolayev,Hərbi komissarlıq,todaypress.az,