Ukraynadan xaricə çıxış qadağan edildi
Ukraynada martın 3-dən etibarən hərbi xidmətə çağırılan jurnalistlərin, sənətçilərin və incəsənət xadimlərinin çoxu ölkəyə qayıtmadığı üçün xaricə çıxışı qadağan ediləcək.
TodayPress xəbər verir ki, bu barədə Ukrayna Mədəniyyət Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, “Dövlət Sərhəd Xidmətindən nazirliyin yardım məktubu əsasında xaricə müvəqqəti səyahət etmək icazəsi almış şəxslərin müəyyən edilmiş müddətdə Ukraynaya qayıtmaması halları çox olur”.
Mədəniyyət Nazirliyindən qeyd ediblər ki, onlar icazələrin alınması ilə bağlı yeni layihə hazırlamağı planlaşdırırlar ki, bu da vəsiqələrin verilməsi məsələsini daha ciddi tənzimləyəcək.
Töhfə Səməd
tag: Ukrayna,Ukrayna Mədəniyyət Nazirliyi,Dünya,Qadağa,todaypress.az,