Ukraynalılar ölkələrinə qayıtmayacaqlar
Ukraynalı qaçqınların 30%-i Rusiya ilə münaqişə bitdikdən sonra belə vətənlərinə qayıtmayacaqlar.
TodayPress xəbər verir ki, bu barədə ölkənin Milli Birlik naziri Aleksey Çernışov bildirib.
"Ukraynalıların müəyyən hissəsi həmişəlik xaricdə qalacaq. Xaricdə olan bütün ukraynalıların təxminən 25-30%-i".
Onun sözlərinə görə, sülhün bərqərar olmasından altı ay sonra qaçqınların təxminən 30%-i ölkəyə qayıdacaq.
Xaricə gedən Ukrayna vətəndaşlarının daha 40%-i ölkədəki iqtisadi vəziyyəti qiymətləndirdikdən sonra islahatları, maaşların artımını və mənzil problemlərinin həllini nəzərə alaraq geri qayıtmağa qərar verəcək.
Bundan əvvəl ABŞ-də yaşayan bəzi ukraynalı qaçqınlar dərhal ölkəni tərk etmələri ilə bağlı elektron məktublar almağa başlayıblar.
Lakin ABŞ Daxili Təhlükəsizlik Departamentindən bildirilib ki, məktublar səhvən göndərilib.
Türkan İsgəndərli
tag: ABŞ,Ukrayna,Mesaj,Qaçqın,Todaypress.az,