Ukraynalılar Polşanı kütləvi şəkildə tərk etməyə başladı

Dünya

10.02.2025 18:20

1444

Ukraynalı qaçqınlar kütləvi şəkildə Polşanı tərk edərək Almaniyaya getməyə başlayıblar. 

TodayPress xəbər verir ki, bu barədə “inPoland” Avropa Statistika İdarəsinin (Eurostat) məlumatlarına istinadən yazıb.

Bildirilib ki, ukraynalıların Polşadan Almaniyaya köçməsinin əsas səbəbi daha yüksək əmək haqqı, sosial müavinətlər və yüksək keyfiyyətli tibbi xidmətdir.

Xatırladaq ki, Almaniyada 1,14 milyondan çox ukraynalı qaçqın yaşayır ki, bu da Avropa İttifaqına ( Aİ ) köçən ukraynalıların ümumi sayının 27,2 faizini təşkil edir. Eyni zamanda, Polşadakı Ukrayna vətəndaşlarının sayı 2022-ci ildəki 1,3 milyondan 983,8 min nəfərə qədər azalıb. 

Bundan əlavə Çexiyadakı ukraynalıların sayında da artım olub. Onların sayı 379 min nəfərə çatıb.

Aysel Mətləb

tag: Ukrayna,Polşa,Avropa Statistika İdarəsi,Dünya,todaypress.az,