Ukraynalılar pulsuz ictimai nəqliyyatdan məhrum olacaqlar
Estoniyanın paytaxtı Tallində qeydiyyatda olmayan ukraynalı qaçqınlar may ayından etibarən şəhərin ictimai nəqliyyatından pulsuz istifadə etmək hüququnu itirəcəklər.
TodayPress xəbər verir ki, bu barədə şəhər administrasiyası sərəncam imzalayıb.
Bildirilib ki, Ukraynadan olan qaçqınların əksəriyyətinin şəhərdə qeydiyyatı var.
Ona görə də onlar üçün ayrıca pulsuz səyahət hüququnun saxlanmasına ehtiyac yoxdur.
Qeyd edək ki, Tallin hakimiyyəti Ukraynadan olan qaçqınlara 2022-ci ilin martında ictimai nəqliyyatda pulsuz istifadə hüququ verib.
Türkan İsgəndərli
tag: Ukrayna,İctimai Nəqliyyat,Məhrum,Estoniya,Todaypress.az,