Ukraynanın ABŞ danışıqlarındakı əsas hədəfi açıqlandı

Dünya

11.03.2025 12:07

1965

ABŞ-nin Rusiyaya meylini ləngitmək Ukraynanın danışıqlarda əsas məqsədi olacaq.   

TodayPress xəbər verir ki, bu barədə "The New York Times" (NYT) analitiklərə və keçmiş Ukrayna rəsmilərinə istinadən məlumat yayıb. 

Britaniya Kral Beynəlxalq Münasibətlər İnstitutunun analitiki Orisia Lutskeviç izah edib ki, Kiyev üçün problem Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın bərabər mövqelərdə olmasıdır. 

“Ukrayna güzəştə getməyə hazırdır, amma təslim olmur. Mən hazırda Tramp və Putinlə dostluq etmək istəyən Ukrayna lideri görmürəm” deyə o qeyd edib. 

Eyni zamanda, respublikanın keçmiş müdafiə naziri Andrey Zaqorodnyukun fikrincə, Kiyev danışıqlar zamanı çətin ki, güzəştə getsin, əksinə, atəşkəs rejiminin tətbiqi mexanizminin yaradılmasında təkid etsin.

Onun sözlərinə görə, Rusiya hərbi əməliyyatlarda fasilədən sonra ordusunu bərpa etmək üçün daha çox imkan əldə edəcək.

Töhfə Səməd

tag: ABŞ,Ukrayna,Danışıqlar,Hədəf,Todaypress.az,