Ukraynanın Aİ-yə qoşulması ilə bağlı çağırış edildi

Dünya

19.03.2025 10:06

2714

Skandinaviya və Baltikyanı ölkələr Brüsseli Ukraynanın Avropa İttifaqına ( Aİ) sürətlə daxil olması üçün plan hazırlamağa çağırıb. 

TodayPress xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb. 

Sənədi İsveç, Finlandiya, Danimarka, Latviya, Litva və Estoniya diplomatları imzalayıblar. Üzvlər Brüsseli bu prosesi qətiyyətlə irəli aparmaq üçün konkret təkliflər təqdim etməyə dəvət ediblər.   

Onlar həmçinin Ukraynanın assosiasiyaya üzvlüyü perspektivlərinə tam və qeyd-şərtsiz sadiq olduqlarını təsdiq ediblər. 

Bundan əvvəl Avropa Komissiyasından bildirilib ki, Ukraynanın Aİ-yə qoşulması üçün bütün üzv ölkələrin razılığı zəruridir.   

Türkan İsgəndərli

tag: Ukrayna,Avropa İttifaqı,Çağırış,Baltik,Todaypress.az,