Ukraynanın müdafiə naziri ABŞ ilə danışıqlarda iştirak edir
Ukraynanın müdafiə naziri Rustem Umerov Ər-Riyada səfər edib.
TodayPress xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı dövlət televiziyası məlumat yayıb.
Bildirilib ki, nazir ABŞ nümayəndə heyəti ilə danışıqlarda iştirak edəcək.
Qeyd edək ki, hazırda Ər-Riyadda Rusiya və Amerika nümayəndə heyətləri arasında danışıqlar aparılır. Görüş ictimaiyyətə bağlı şəkildə keçirilir.
Martın 23-də isə Səudiyyə Ərəbistanında Ukrayna və ABŞ arasında danışıqlar baş tutub.
Türkan İsgəndərli
tag: Ukrayna,Müdafiə naziri,Rustem Umerov ,Səudiyyə Ərəbistanı,todaypress.az,