Ukraynanın NATO-ya üzv ola biləcəyi mümkün vaxt açıqlandı
"Ukraynanın NATO-ya daxil olması nəzəri cəhətdən 25 ildən sonra mümkün olsa da, hazırda mümkün deyil".
TodayPress xəbər verir ki, bu fikri ABŞ-nin müdafiə naziri Pit Heqset "Breitbart News" portalına müsahibəsində bildirib.
"Ukraynanın NATO-ya üzvlüyü çətin ki, düşdüyümüz vəziyyətin reallıqları nəzərə alınmaqla mümkün olsun. Hazırda Ukraynanın NATO-ya daxil olması məsələsi "masada" deyil” deyə nazir əlavə edib.
Xatırladaq ki, fevralın 12-də Brüsseldə keçirilən Qərb təmas qrupunun növbəti iclasında Heqset 2014-cü ildə olduğu kimi Ukrayna sərhədlərinə qayıtmağın qeyri-real məqsəd olduğunu vurğulayıb. Eyni zamanda o, Ukraynanın NATO-ya qoşulma ehtimalını faktiki olaraq istisna edib.
Daha sonra ABŞ prezidenti Donald Tramp bildirib ki, Heqsetin açıqlamaları Vaşinqtonun mövqeyini dəqiq əks etdirir. O, həmçinin qeyd edib ki, Qərbin Kiyevi NATO-ya cəlb etmək istəyi, xüsusən də ABŞ-nin əvvəlki prezidenti Cozef Baydenin davamlı bəyanatları Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyata başlamasının səbəblərindən birinə çevrilib.
Töhfə Səməd
tag: Ukrayna,NATO,Dünya,Pit Heqset,todaypress.az,