Ukraynanın NATO-ya üzvlüyü sülh üçün şərt deyil

Dünya

14.02.2025 13:05

2559

NATO-nun baş katibi Mark Rutte Ukraynanın Şimali Atlantika Alyansına üzvlüyünün heç vaxt Rusiya ilə sülh üçün şərt olmadığını deyib.

TodayPress xəbər verir ki, bu “Reuters” məlumat yayıb.

“Vaşinqtonda keçirilən sammitdə NATO Ukraynaya üzvlük vəd etsə də, bu prosesin nə vaxt yekunlaşacağı bəyan edilmədi.

Üzvlük sülh sazişinin bir hissəsi kimi götürülməyib” deyə Rutte bildirib.

O, jurnalistlərin NATO-nun Ukraynaya hansı təhlükəsizlik zəmanətlərini verəcəyi ilə bağlı suallarını cavablandırmaqdan imtina edib.   

Nicat Osman

tag: NATO,Baş Katib, NATO, Rusiya, Avropa, Ukrayna,Todaypress.az,