Ukraynanın peyk şəkillərinə çıxışı bərpa edildi
Amerikanın “Maxar” şirkəti Ukrayna Silahlı Qüvvələrinə peyk şəkillərinə girişi qaytarıb.
TodayPress xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.
“Şirkət kəşfiyyat məqsədləri üçün istifadə olunan yer səthinin müxtəlif hissələrinin yüksək keyfiyyətli fotoşəkillərini təqdim edir.
“Maxar” Ukrayna Silahlı Qüvvələri üçün bu cür şəkillərin əsas tədarükçüsü olub” nəşr yazıb.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin "Maxar" görüntülərinə girişinin məhdudlaşdırılması martın 7-də qeydə alınıb.
Martın 11-də Ukrayna və Amerika tərəfləri arasında aparılan danışıqlardan sonra qadağa aradan götürülüb.
Töhfə Səməd
tag: Ukrayna,ABŞ,Peyk,Şəkil,Kəşfiyyat,Todaypress.az,