Ukraynanın xarici işlər naziri NATO-ya gəldi
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa NATO-nun mənzil-qərargahına gəlib.
TodayPress xəbər verir ki, bu barədə o, "X"da bildirib.
Səfərin məqsədi Ukrayna-NATO Şurasının iclasında iştirak etməkdir.
Bu çərçivədə NATO müttəfiqləri ilə ikitərəfli görüşlər, Baş katib Mark Rutte və Ukrayna-NATO Şurası ilə danışıqlar baş tutacaq.
Diplomatın sözlərinə görə, görüş iştirakçıları Ukraynanın güclənməsi və Moskvaya təzyiqlərin artırılması məsələlərini müzakirə edəcəklər.
Türkan İsgəndərli
tag: Ukrayna,XİN,Andrey Sibiqa,NATO,Görüş,Todaypress.az,