Ukraynanın yenidən qurulması Türkiyəyə təklif olundu
Ukrayna müharibədən sonra ölkənin yenidən
qurulmasını Türkiyəyə təklif edib.
TodayPress
xəbər verir ki, bu haqda “Türkiye” nəşri məlumat yayıb.
Bildirilib
ki, Türkiyənin Kiyevdəki səfirliyinin rəsmiləri və Ukraynanın İcmaların və
Regionların İnkişafı Nazirliyinin nəzdində fəaliyyət göstərən İnfrastrukturun
İnkişafı və Yenilənməsi üzrə Dövlət Agentliyinin rəsmiləri türk şirkətlərinin
Ukraynada həyata keçirdikləri layihələri və gələcək əməkdaşlıq imkanlarını
müzakirə ediblər.
Ukrayna
rəsmiləri bildiriblər ki, ölkənin yenidən qurulması prosesinin planlaşdırılması
davam edir və bu il həyata keçiriləcək bəzi təxirəsalınmaz layihələr üçün aprel
və may aylarında tenderlərin keçirilməsi gözlənilir.
O
da gündəmə gətirilib ki, İnfrastrukturun İnkişafı və Yenilənməsi Dövlət
Agentliyinin qarşısında duran əsas prioritet məqsəd avtomobil yollarında mövcud
gömrük qapılarının yenilənməsi, yenilərinin tikintisi və ölkə ərazisində
qüvvədə olacaq ödənişli avtomobil yolları sisteminin yaradılmasıdır. Ukrayna
tərəfi bu kontekstdə 2025-ci ildə tenderin keçirilməsinin planlaşdırıldığını
açıqlayıb. Ukrayna rəsmiləri 2025-ci ildə həyata keçirilməsi planlaşdırılan
digər mühüm layihələrlə bağlı da Türkiyə tərəfinə sənəd təqdim edib. Sənəddə
bəzi enerji və enerji səmərəliliyi layihələri, sosial ev layihələri və su
təchizatı layihələrinin olduğu bildirilir.
Xatırladaq
ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna lideri Volodimir
Zelenski ötən həftə Ankarada görüşüb. Ərdoğan Türkiyə şirkətlərinin Ukraynaya
müharibənin dağıntılarının aradan qaldırılmasında dəstək verməyə hazır
olduqlarını Zelenskiyə bildirmişdi.
tag: Ukrayna, Türkiyə, Yardım, Yenilənmə, İnfrastruktur, todaypress.az,