Ukraynaya 20 milyon ayrılacaq
Lüksemburq bu il Ukraynanın enerji və müdafiə sektorlarına hərəyə 10 milyon avro ayıracaq.
TodayPress xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə Lüksemburqun xarici və müdafiə nazirləri Ksavyer Bettel və Yuriko Bakesin birgə mətbuat konfransında danışıb.
Sibiqanın sözlərinə görə, enerji fonduna ayrılan vəsait avadanlıq, yanacaq və infrastrukturun yenilənməsinə yönəldiləcək.
Müdafiə naziri Bakes isə bildirib ki, bu vəsait Lüksemburqun Ukraynaya ümumi dəstəyindən əlavə olaraq ayrılıb və ölkəsi Ukraynanın suverenliyini dəstəkləməyə davam edəcək.
Qiymət Mahir
tag: Lüksemburq ,Ukrayna,Andrey Sibiqa,Yuriko Bakesin,todaypress.az,