Ukraynaya 30 min sülhməramlı göndəriləcək

Dünya

23.02.2025 11:50

1684

Böyük Britaniya və Fransa Ukraynaya 10 minlərlə sülhməramlı göndərməyi planlaşdırır. 

TodayPress xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) adı açıqlanmayan Avropa rəsmilərinə istinadən məlumat yayıb.

“Böyük Britaniya və Fransa Moskva və Kiyev atəşkəs barədə razılığa gələrsə, Ukraynaya 30 min avropalı sülhməramlı göndərmək planı hazırlayır" nəşr yazır.

Bildirilir ki, London və Parisin Ukraynada sülhməramlıların yerləşdirilməsi təklifi ABŞ prezidenti Donald Trampın bu halda Vaşinqtonun məhdud hərbi roluna razı olub-olmamasından asılı olacaq.

Töhfə Səməd 

tag: Böyük Britaniya ,Fransa ,Ukrayna,Sülhməramlı,Moskva ,Donald Tramp,ABŞ,todaypress.az,