Ukraynaya hədiyyə edilən Britaniya texnikası dağıdıldı

Dünya

26.03.2025 14:12

2939

Rusiya hərbçiləri Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinə Böyük Britaniya tərəfindən verilmiş iki zirehli təmir-evakuasiya maşınından (CRARRV) birini məhv edib. 

TodayPress xəbər verir ki, bu barədə “Şimal küləyi” adlı “Telegram” kanalı məlumat yayıb.

Bildirilib ki, məhv edilən CRARRV (Challenger Armoured Repair and Recovery Vehicle) – “Challenger 2” tanklarının texniki xidməti və təxliyəsi üçün nəzərdə tutulmuş xüsusi texnikadır və Ukrayna ordusu onu məhz bu tanklarla birlikdə istifadə edib.

Böyük Britaniyanın öz ordusunda bu tip texnikadan cəmi 80 ədəd olduğu da qeyd olunub.

Qiymət Mahir

tag: Ukrayna,Rusiya,Savaş,CRARRV,Texnika,Məhv,Todaypress.az,