Ulyanov: “Avropa İttifaqı qərəzsiz deyil”
“Rusiya Avropa İttifaqı (Aİ) ölkələrindən sülhməramlı qüvvələrin Ukraynaya yerləşdirilməsi ideyasını şübhəli hesab edir”.
TodayPress xəbər verir ki, bu barədə Rusiyanın Vyanada beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanov öz “Telegram” kanalında açıqlama verib.
“Birincisi, Avropa İttifaqı qərəzsiz deyil, halbuki sülhməramlı qüvvələr qərəzsiz olmalıdır. İkincisi, Rusiya buna qəti şəkildə qarşıdır” deyə o bildirib.
Bundan əvvəl Rusiya Xarici İşlər naziri Sergey Lavrov bəyan etmişdi ki, Aİ ölkələrinin Ukraynaya sülhməramlı adı altında qoşun yeritməsi münaqişənin əsas səbəblərinin hələ də həll olunmadığını göstərəcək.
Qiymət Mahir
tag: Rusiya ,Avropa İttifaqı,Ukrayna,Mixail Ulyanov,todaypress.az,