Uolts “Gmail” hesabları ilə gizli yazışmalar apardı

Dünya

02.04.2025 19:00

2207

ABŞ Milli Təhlükəsizlik Şurasının üzvləri, o cümlədən müşavir Mayk Uoltsun şəxsi “Gmail” hesablarından işgüzar yazışmalarda istifadə etdiyi iddia olunur. 

TodayPress xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti əldə etdiyi sənədlərə və üç rəsmi şəxsin açıqlamasına istinadla yazıb.

Nəşr qeyd edir ki, Uoltsun baş müşaviri digər dövlət agentliklərinin əməkdaşları ilə “əhəmiyyətli hərbi vəzifələr və müasir silah sistemləri” barədə şəxsi poçt vasitəsilə yazışıb.

Bildirilib ki, Uoltsun öz “Gmail” ünvanında da “az məxfi, lakin həssas məlumatlar” o cümlədən iş cədvəli və sənədlər olub.

Mənbələrin sözlərinə görə, o, bəzən təqvim qeydlərini “Signal” messencerinə köçürərək görüşləri koordinasiya edib.

Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Brayan Hüz isə bu iddiaları təkzib edərək bildirib ki, Uolts heç vaxt şəxsi poçt vasitəsilə məxfi məlumat göndərməyib.

Onun sözlərinə görə, əgər köhnə tanışlar Uoltsa iş materialları göndərirdisə, o, mütləq rəsmi iş ünvanını da yazışmaya əlavə edirdi və bu yolla qanunlara əməl olunmasına nəzarət edirdi. 

Qiymət Mahir

tag: ABŞ,Mayk Uolts,Gizli,Yazışma,Gmail,Todaypress.az,