Ursula: "Putinə etibar etmək olmaz"
Avropa İttifaqı (Aİ) Rusiyanın düşmənçiliyi səbəbindən qitənin yenidən silahlanmasını sürətləndirmək üçün bütün maliyyə rıçaqlarından istifadə etmək niyyətindədir.
TodayPress xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib.
Onun sözlərinə görə, hazırda Ukraynanın hərbi təchizatındakı boşluqların doldurulmasına və respublikaya etibarlı təhlükəsizlik təminatlarının verilməsinə, eləcə də bütün Avropa qitəsinin təhlükəsizliyinin təmin edilməsinə ehtiyac var.
“Putin "düşmən qonşu" olduğunu dəfələrlə sübut edib. Ona etibar etməkdənsə, yalnızlaşmaq lazımdır" komissiya sədri deyib.
Türkan İsgəndərli
tag: Ursula fon der Lyayen,Avropa Komissiyası,Avropa İttifaqı,Putin,Todaypress.az,