USAID əməkdaşlara sənədləri məhv etməyi əmr etdi
ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbərliyi əməkdaşlara sənədləri, xüsusilə xidməti sənədləri məhv etməyi tapşırıb.
TodayPress xəbər verir ki, bu barədə “Politico” nəşri daxili yazışmalara istinadən xəbər verib.
Məlumata görə, USAID-in icraçı direktoru vəzifəsini icra edən Erika Karr agentliyin Vaşinqtondakı qərargahında arxiv sənədlərinin davamlı olaraq məhv edilməsini, kağızların doğranmasını və yandırılmasını əmr edib.
Təhlükəsizlik seyflərində saxlanılan materiallar və şəxsi dosyelər dərhal məhv ediləcək sənədlər siyahısına daxildir. Bundan əlavə, agentliyin arxiv saxlanılan ofisləri də boşaldılaraq ABŞ-nin Gömrük və Miqrasiya Xidmətinə təhvil veriləcək.
Bununla yanaşı, ABŞ BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) bəzi layihələrinin, o cümlədən Ukraynaya aid proqramların maliyyələşdirilməsini dayandırıb.
Nəticədə, bir sıra proqramların bağlandığı bildirilir.
Qeyd edək ki, layihələr USAID və ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilirdi.
Qiymət Mahir
tag: ABŞ,USAİD,Sənəd,Məhv,Todaypress.az,