USAID-in bütün əməkdaşları ixtisar olunacaq
ABŞ Beynəlxalq İnkişaf
Agentliyinin (USAID) bütün əməkdaşları sentyabrın 30-dək ixtisar olunacaq.
TodayPress xəbər verir ki, bu
barədə “Reuters “ agentliyi Konqresdəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, USAID-in bütün
xaricdəki nümayəndəlikləri 2025-ci maliyyə ilində bağlanacaq.
Dövlət katibi Marko Rubio, iyulun
1-dək USAİD-in bəzi funksiyalarının Dövlət Departamentinə veriləcəyini və
administrasiyanın prioritetlərinə uyğun gəlməyən digər funksiyaların
dayandırılacağını bildirib.
Qeyd edək ki, bu ilin fevral ayının
əvvəlində ABŞ prezidenti Donald Tramp beynəlxalq təşkilatların
maliyyələşdirilməsinə əhəmiyyətli məbləğdə vəsait ayıran USAID-in fəaliyyətini
dayandırıb.
tag: ABŞ, USAİD, Departament, İşçi, İxtisar,todaypress.az,