USAID-in Vaşinqtondakı qərargahı bağlanır

Dünya

03.02.2025 18:26

2153

ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Vaşinqtondakı qərargahının işçiləri rəhbərlikdən elektron məktub alıblar. 

TodayPress xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Məktubda qeyd olunub ki, 3 fevral 2025-ci il tarixində ofis bağlanacaq. İşçilərin həmin gün işə gəlməmələri tövsiyə olunub.

USAID-in Vaşinqtondakı binasından lövhələr artıq endirilib. Bu, amerikalı biznesmen İlon Maskın agentliyin bağlanacağı ilə bağlı vədindən sonra baş verib. Xarici mənbələr bildirir ki, Maskın rəhbərlik etdiyi Dövlət İdarəçiliyinin Effektivliyi Departamentinin (DOGE) əməkdaşları artıq USAID-in kompüter sistemlərinə giriş əldə ediblər.

Məktubda qeyd olunub ki, yalnız texniki xidmətlə bağlı əsas funksiyaları yerinə yetirən bəzi əməkdaşlar işdə olacaqlar və onlarla ayrıca əlaqə saxlanılacaq. Digər işçilər isə uzaqdan işləyəcəklər.

Qiymət Mahir 



tag: USAID,Vaşinqton,İlon Mask,todaypress.az,