Uşakov: Ehtiyac yaranan kimi Putinlə Trampın görüşü təşkil olunacaq

Dünya

16.03.2025 13:30

1756

Ehtiyac yaranan kimi Rusiya prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Tramp arasında görüş təşkil olunacaq. 

TodayPress xəbər verir ki, bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov bildirib.

"Biz görüşə hazırlaşırıq və ehtiyac yaranan kimi o, təşkil olunacaq" deyə o, əlavə edib.

Uşakovun sözlərinə görə, görüş məsələsi Amerika tərəfi ilə müzakirə olunur və hazırda başqa səviyyələrdə təmaslar davam edir. 

Görüş və ya telefon danışığı kifayət qədər tez təşkil edilə bilər, lakin hələlik konkret bir şey deyə bilmərəm" deyə o nitqini sonlandırıb. 

Töhfə Səməd 

tag: Rusiya ,Vladimir Putin,ABŞ ,Donald Tramp,Görüş,todaypress.az,