Uşakov: "Putinlə Trampın danışıqları planlaşdırılmayıb"
Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında söhbət hələ planlaşdırılmayıb.
TodayPress xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
"Hələ planlaşdırılmayıb" deyə Uşakov müvafiq suala cavab verib.
Qeyd edək ki, Uşakov bundan öncə bildirmişdi ki, Vaşinqton artıq Rusiyanın ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff vasitəsilə Ukraynadakı vəziyyətlə bağlı verdiyi siqnalları müzakirə edə bilər.
tag: Rusiya,Uşakov,Putin,Tramp,todaypress.az,