Uşaq cinsi istismar materialları ilə əlaqədar 25 nəfər həbs edildi
Süni intellekt vasitəsilə yaradılmış uşaq cinsi istismar materiallarının yayılması ilə əlaqədar qlobal əməliyyat nəticəsində 25 nəfər həbs edilib.
TodayPress xəbər verir ki, bu barədə Avropa İttifaqının hüquq-mühafizə agentliyi “Europol” bəyanat yayıb.
Danimarka hüquq-mühafizə orqanlarının rəhbərlik etdiyi “Cumberland” əməliyyatı 19 ölkəni əhatə edib və bu cür materiallarla bağlı dünyada ilk hal olub.
Əməliyyat nəticəsində 273 şübhəli müəyyən edilib və yaxın həftələrdə daha çox həbslərin olacağı gözlənilir.
Əsas şübhəli olan Danimarka vətəndaşı 2024-cü ilin noyabrında həbs edilib və iddiaya görə, süni intellektlə yaradılmış uşaq cinsi istismar materiallarını istehsal edərək idarə etdiyi onlayn platformada yayıb. İstifadəçilər bu platformaya daxil olmaq üçün ödəniş edərək uşaqların istismar edildiyini izləyə biliblər.
“Europol”un icraçı direktoru Ketrin De Bolle bildirib ki, bu cür süni şəkildə yaradılmış təsvirlər o qədər asanlıqla yaradıla bilər ki, cinayət niyyəti olan şəxslər, hətta əhəmiyyətli texniki biliklərə malik olmadan belə onları istehsal edə bilərlər. O əlavə edib ki, bu, uşaq cinsi istismar materiallarının artmasına səbəb olur və həcmi artdıqca, istintaqçılar üçün cinayətkarları və ya qurbanları müəyyən etmək getdikcə daha çətinləşir.
Qiymət Mahir
tag: Dünya,Süni intellekt,Cinayət,İstismar,todaypress.az,