ÜST Qəzzada atəşkəsi bərpa etməyə çağırır

Dünya

01.04.2025 12:32

1401

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Qəzza zolağında atəşkəs rejiminə qayıtmağa çağırıb.   

TodayPress xəbər verir ki, o, anklavda təcili yardım işçilərinə qarşı Fələstin Qızıl Aypara Cəmiyyətinin 8 həkiminin ölümü ilə nəticələnən hücumu acınacaqlı adlandırıb. 

Baş direktorun sözlərinə görə, beynəlxalq humanitar hüquqa əsasən, tibb işçiləri hər zaman qorunmalıdır.

O bildirib ki, ÜST həm də Rəfaha gedən və itkin düşən həkimdən narahatdır. 

Qeyd edək ki, İsrail ordusunun hücumuna məruz qalan səkkiz təcili yardım işçisi öldürülüb, bir işçi itkin düşüb. 

Türkan İsgəndərli

tag: ÜST,Qəzza,Atəşkəs,Çağırış,Todaypress.az,