Vaşinqton daha bir rusiyalı məhbusu azadlığa buraxacaq

Dünya

12.02.2025 18:56

2086

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov yaxın gələcəkdə Rusiya ilə ABŞ arasında yeni məhbus mübadiləsinin mümkünlüyünə eyham vuran ABŞ prezidenti Donald Trampın sözlərini şərh etməkdən yayınıb.

TodayPress xəbər verir ki, Kreml sözçüsü brifinq zamanı suala cavab verə bilməyəcəyini deyib. 

Xatırladaq ki, bu yaxınlarda ABŞ-nin milli təhlükəsizlik müşaviri Mayk Vals Rusiyada narkotik qaçaqmalçılığına görə cəza çəkən Mark Voqelin azadlığa buraxıldığını açıqlamışdı. O, bunu Moskvanın "xoşməram nümayişi" adlandıraraq, Ukrayna böhranının həllində irəliləyişin olduğunu göstərdiryini deyib.  

Bildirilib ki, buna cavab olaraq Vaşinqton Rusiya vətəndaşlarından birini azad edəcək. Lakin onun adı hələ ki, açıqlanmayıb.

Tramp qeyd edib ki, ABŞ Rusiya hakimiyyətinin Voqeli azad etmək qərarını yüksək qiymətləndirir. O, həmçinin fevralın 12-də daha bir məhbusun azad ediləcəyinə eyham vurub. 

Qeyd edək ki, bundan əvvəl Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin sədr müavini Aleksey Çepa iddia etmişdi ki, amerikalı Mark Voqelin azad edilməsi Moskva və Vaşinqtonun yaxınlaşmasına kömək edəcək. 

Aysel Mətləb

tag: Rusiya ,Dmitri Peskov,ABŞ ,Donald Tramp,Mark Voqel,todaypress.az,