Vaşinqton danışıqlara başlayan tərəf olmaq istəmir

Dünya

11.04.2025 11:35

15

ABŞ administrasiyası Çinlə gömrük rüsumları üzrə danışıqlara başlamaq təşəbbüsünü göstərmək niyyətində deyil. 

TodayPress xəbər verir ki, bu barədə “CNN” telekanalı Amerika administrasiyasındakı yüksək vəzifəli rəsmilərə istinadla məlumat yayıb.

Prezident Donald Trampın komandasına bildirdiyinə görə, rəsmi Pekin ticarət qarşıdurmasının gərginləşməsinə səbəb olan addımı ilk atıb. Ağ Ev Çin tərəfinin tətbiq etdiyi cavab rüsumlarını bu qarşıdurmanın əsas səbəbi kimi qiymətləndirir.

Vaşinqton hesab edir ki, danışıqlara başlamaq təşəbbüsü Pekindən gəlməlidir.

“CNN” qeyd edir ki, Çin rəhbərliyi son vaxtlar dəfələrlə dövlət başçısı Si Cinpin ilə Tramp arasında telefon danışığının təşkili təklifini rədd edib.

Qiymət Mahir

tag: ABŞ,Tramp,Vaşinqton,Çin,Danışıqlar,Todaypress.az,