Vaşinqton Ər-Riyad danışıqlarını müsbət qiymətləndirir

Dünya

25.03.2025 10:32

2779

ABŞ administrasiyası Səudiyyə Ərəbistanında Rusiya və Ukrayna nümayəndələri ilə aparılan danışıqları müsbət qiymətləndirir və tezliklə bu barədə rəsmi bəyanatla çıxış edəcək. 

TodayPress xəbər verir ki, bu barədə “Reuters” Ağ Evdəki mənbəyə istinadən məlumat yayıb. 

Mənbənin sözlərinə görə, ABŞ prezidenti Donald Trampın administrasiyasının ekspert qrupları tərəfindən Ər-Riyadda aparılan danışıqlar son dərəcə uğurlu keçib. Yaxın vaxtlarda bu istiqamətdə müsbət bir bəyanat veriləcəyi gözlənilir. 

Qeyd edək ki, martın 24-də Ər-Riyadda Rusiya və ABŞ nümayəndələrinin görüşü başa çatıb.

12 saatdan çox davam edən məsləhətləşmələrdə Ukrayna münaqişəsinin həlli məsələləri müzakirə olunub. 

Rusiya nümayəndə heyətinə Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin və Federal Təhlükəsizlik Xidmətinin direktorunun müşaviri Sergey Beseda rəhbərlik edib. 

ABŞ tərəfdən isə danışıqlarda Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Endryu Pik, Dövlət Departamentinin siyasi planlaşdırma direktoru Maykl Enton, eləcə də Ukrayna üzrə xüsusi nümayəndə Kit Kelloq və prezidentin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uoltsun köməkçiləri iştirak ediblər. 

Qiymət Mahir

tag: Vaşinqton,ABŞ,Rusiya,Ukrayna,Nümayəndə,Heyət,Danışıqlar,Todaypress.az,