Vaşinqton faydalı qazıntı sazişlərini onlayn müzakirə edə bilər
Ukrayna və ABŞ hakimiyyəti faydalı qazıntılar haqqında sazişin mətnini onlayn müzakirə edə bilər.
TodayPress xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sibiqa bildirib.
"Bu gün onlayn formatda danışıqların daha bir raundu baş tuta bilər" deyə o, əlavə edib.
Onun sözlərinə görə, yaxın vaxtlarda Ukrayna nümayəndə heyəti növbəti danışıqlar üçün ABŞ-yə gedəcək.
tag: ABŞ,Ukrayna,Faydalı Qazıntı,Saziş,Todaypress.az,