Vaşinqton və Kiyev arasında faydalı qazıntılarla bağlı sazişin tarixi açıqlandı
ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Kiyev arasında Ukraynanın faydalı qazıntıları ilə bağlı sazişin 24 aprel tarixində imzalanacağını bəyan edib.
TodayPress xəbər verir ki. bu barədə Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
Ondan sənədin bu həftə ərzində imzalanıb-imzalanmayacağı soruşulub. Tramp isə cavabında deyib:
"Minerallarla bağlı bir razılaşmamız var və güman edirəm ki, bu gələn cümə axşamı imzalanacaq. Onların sazişin şərtlərini yerinə yetirəcəyini düşünürəm, baxarıq" deyə ABŞ prezidenti bildirib.
Qeyd edək ki, qısa müddət öncə Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 17-də ABŞ və Ukrayna arasında faydalı qazıntılarla bağlı memarandumun imzalanacağını açıqlamışdı
tag: Tramp, Kiyev,Ukrayna, Ağ Ev, Saziş, todaypress.az,