Vaşinqtonun Qələbə Paradına iştirakı gözlənilir

Dünya

01.05.2025 14:00

9

Qələbə Günündə Moskvada keçiriləcək paradın qonaqlarından biri Vaşinqtonun yüksək rütbəli nümayəndəsi ola bilər. 

TodayPress xəbər verir ki, bu barədə “Zvezda” telekanalı diplomatik dairələrdəki mənbəyə istinadən məlumat yayıb.

Belə ki, ABŞ dövlət katibi Marko Rubionun mayın 9-da Rusiyaya uçacağı istisna edilməyib.

Xatırladaq ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, mayın 9-da Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyini qeyd etmək üçün çoxlu sayda dövlət və hökumət başçıları Moskvaya gələcək. 

Bu günə qədər Çin sədri Si Cinpin və Slovakiyanın Baş naziri Robert Fitso Qələbə Paradında iştirak edəcəklərini təsdiqləyiblər.

Tədbirdə MDB-yə üzv dövlətlərin prezidentlərinin, Braziliya lideri Luiz İnasio Lula da Silva, Serbiya lideri Aleksandr Vuçiç və digər siyasətçilərin iştirakı gözlənilir. 

Töhfə Səməd 

tag: Qələbə Günü,Moskva,Vaşinqton,Böyük Vətən Müharibəsi,todaypress.az,