Vatikan: Papa Fransiskin səhhəti tədricən yaxşılaşır
Roma Papası Fransiskin səhhəti hələ də ağır olsa da, tətbiq olunan müalicə müsbət nəticə verir və pontifik tədricən sağalmağa doğru gedir.
TodayPress xəbər verir ki, bu barədə Vatikanın mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hazırda onun vəziyyəti ilə bağlı dəqiq açıqlama verilmir, lakin həkimlər müsbət proqnozlar səsləndirirlər.
Məlumat görə ki, xəstəlikdən tam sağalmaq üçün hələ tezdir, lakin Katolik Kilsəsinin rəhbərinin müalicəyə reaksiyası yaxşıdır və bu, uğurlu nəticəyə ümid yaradır.
Xatırladaq ki, Papa Fransisk uzun müddətdir ki, ikitərəfli pnevmoniyadan müalicə alır və vəziyyəti stabil ağır hesab olunurdu. Müalicə müddətində pontifik süni tənəffüs aparatına qoşulmuş və oksigen dəstəyi almışdı.
Martın 7-də Roma Papası katoliklərə audio-müraciət ünvanlayaraq dualarına və dəstəklərinə görə təşəkkür edib. Hələlik Vatikan tərəfindən əlavə məlumat verilməsə də, pontifikdən mesajın gəlməsi dini icmalar arasında ümid yaradıb.
tag: Vatikan,Roma Papası,Papa Fransis,Dünya xəbərləri,TodayPRESS,todaypress.az,