Venesiya 2150-ci ilədək daşqın riski ilə üzləşəcək
İtaliyanın Venesiya şəhəri
və onun laqunu 2150-ci ilə qədər yuxarı səviyyədə daşqın riski ilə üzləşəcək.
TodayPress xəbər
verir ki, bu barədə İtaliyanın Geofizika və Vulkanologiya İnstitutu (INGV)
tərəfindən hazırlanan və “Remote Sensing” jurnalında dərc olunan beynəlxalq
tədqiqatda deyilir.
Araşdırmada
qeyd olunur ki, həmin tarixədək Yerin səviyyəsi aşağı düşəcək və dəniz
səviyyəsi isə yuxarı qalxacaq. Nəticədə açıq dəniz ilə laqun arasındakı fərq üç
metrə çata, su səviyyəsi 2020-ci ildə Venesiyanı daşqınlardan qorumaq üçün
tikilən “Mose” adlı sel baryerini aşa bilər.
Həmçinin
Venesiya laqonunda dəniz səviyyəsinin qalxmasının tarixi dövrlərdən bəri baş
verdiyi, bu gün onun həssaslığının iqlim dəyişikliyinin təsiri və hər il 7
millimetrə qədər olan qrunt səviyyəsinin davamlı aşağı düşməsi (çökmə) ilə
artdığı qeyd olunur. Bildirilir ki, buna görə də laqunun aşağı əraziləri daşqın
riskinə daha çox məruz qalacaq, bu, sahil infrastrukturu və iqtisadi
fəaliyyətlər üçün kritik nəticələrə səbəb olacaq.
Tədqiqat ən
müasir iqlim dəyişikliyi proqnozlarının təhlilinə və geodeziya məlumatlarına
əsaslanaraq hazırlanıb.
tag: Venesiya, İtaliya, Daşqın, Risk, Vulkan, todaypress.az,