Venesiya təhlükədədir

Dünya

26.03.2025 19:52

1384

Venesiya 2150-ci ilə qədər tamamilə su altında qala bilər.

TodayPress xəbər verir ki, bu barədə “RAI News 24” xəbər kanalı məlumat yayıb.

Bu nəticə, İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutunun beynəlxalq layihəsi çərçivəsində modelləşdirilmiş ssenarilərdən birində əldə edilib.

Tədqiqatçıların fikrincə, daşqınlardan qorunmaq üçün Venesiya Laqonunda quraşdırılan “Moses” maneə sistemi şəhəri qorumaq üçün kifayət etməyəcək. 

“Əlavə mühafizə tədbirləri görülməzsə, bu, həm yerli əhaliyə, həm də Venesiyanın mədəni irsinə ciddi ziyan vuracaq” deyə alimlər xəbərdarlıq edib.

Mütəxəssislər izah ediblər ki, fəlakətin mümkün səbəbi, digər amillərlə yanaşı, iqlim dəyişikliyi, quru səviyyəsinin daim aşağı düşməsinə və onun dəniz tərəfindən udulmasına səbəb olan “yüksək su” təsiridir. Hazırda bu prosesin sürəti ildə 7 millimetrə çatır.

Aysel Mətləb

tag: Venesiya,Dünya,Təhlükə,Daşqın,todaypress.az,